Tramp Kimə təşəkkür etdi "Görüşəcəyimiz günü gözləyirəm" FOTO


Dünya 02 Avq 2018 10:46:00 218 0

Tramp Kimə təşəkkür etdi  "Görüşəcəyimiz günü gözləyirəm"  FOTO

Trampla Kim yenidən görüşə bilər

ABŞ prezidenti Donald Tramp Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inə təşəkkür edib.

Son.az nypost-a istinadla xəbər verir ki, prezident Kim Çen Inə sözünü tutduğuna görə minnətdarlığını bildirib.

"Sözünüzü tutduğunuza və Koreya müharibəsi zaman ölən ABŞ əsgərlərinin qalıqlarını qaytardığınıza, gözəl məktubunuza görə sizə təşəkkür edirəm, Kim Çen In və böyük həvəslə sizinlə yenidən görüşəcəyimiz günü gözləyirəm", - Donald Tramp şəxsi Tvitter hesabında yazıb.