Qarabağ növbəti mərhələyə yüksəldi


İdman 01 Avq 2018 22:49:00 285 0

Qarabağ növbəti mərhələyə yüksəldi

Qarabağ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniyanın Kukesi klubunu qəbul edib.

Goal.az xəbər verir ki, səfərdə qolsuz heç-heçə edən Ağdam klubu doğma meydanda qələbə qazanıb. Qonaqların qapısına təyin olunan 3 penaltidən 2-si qolla nəticələnib. Dani Kintana 24 və 57-ci dəqiqədə penaltidən fərqlənib. 89-cu dəqiqədə ikinci hissədə meydana daxil olan Dzon Delarge hesabı 3-0 edib. Oyun bu hesabla yekunlaşıb.

Qarabağ növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

Qarabağ - Kukesi 3:0

Qollar: Dani Kintana 24, 57 (hər ikisi penalti), Dzon Delarge 89