Sahil Babayev İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək


Digərləri 02 Avq 2018 10:09:00 293 0

Sahil Babayev İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək

Avqustun 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Bakı. Avqustun 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.