İcra başçısı: Ağsu dolaylarında baş verən yanğın söndürülmək üzrədir


Digərləri 02 Avq 2018 09:54:00 503 0

İcra başçısı: Ağsu dolaylarında baş verən yanğın söndürülmək üzrədir

Ağsu dolaylarında gecə saatlarında başlanan yanğın hadisəsinin qarşısı alınmaq üzrədir.

Bakı. Samir Əli - Ağsu dolaylarında gecə saatlarında başlanan yanğın hadisəsinin qarşısı alınmaq üzrədir. Bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında baş verən yanğın artıq səhər saatlarında lokallaşdırılıb: "Artıq yanğının əsas hissəsinin qarşısı alınıb, ərazidəki obyektlər yanğından mühafizə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri, Şamaxı və Ağsu rayonlarının yanğınsöndürmə briqadaları, Ağsu Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür".