Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi


Digərləri 02 Avq 2018 08:43:00 323 0

Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi

Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir.

Son.az Trend-ə istinadən bildirir ki, əksər insanlar bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayırlar.

Bu yaxınlarda 10 min milliamper/saat tutumlu akkumulyatora malik "Oukitel WP2" cihazı təqdim edilib. Bu aparat "IP68" standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.

"Oukitel WP2" qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.