Qubada azyaşlı yıxılaraq ağır xəsarət alıb


Digərləri 02 Avq 2018 08:48:00 275 0

Qubada azyaşlı yıxılaraq ağır xəsarət alıb

Qubada azyaşlı velosipeddən yıxılaraq ağır travma alıb.

Son.az "Report"a istinadən bildirir ki, Quba rayonu Amsar kənd sakini 2015-ci il təvəllüdlü Kərimov Rəvan Elşad oğlu küçədə velosipeddən yıxılıb.

Qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.