Ağsu və Şamaxıda meşə yanğını olub


Digərləri 02 Avq 2018 08:45:10 286 0

Ağsu və Şamaxıda meşə yanğını olub

Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib

Bakı. Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib. FHN-dən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.