Kişilərə lazım olan 7 əsas cihaz


Digərləri 02 Avq 2018 08:35:00 213 0

Kişilərə lazım olan 7 əsas cihaz

Müasir dünyada kompüterlər, smartfonlar, ağıllı saatlar kişilər üçün idman və avtomobillərlə eyni səviyyədə olan əyləncəyə çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, buna görə yaxın vaxtlarda texnologiya sahəsində çalışan mütəxəssislər texnologiyanı sevən real kişilər üçün TOP-7 cihazlarını hazırlayıblar. Mütəxəssislər bildirirlər ki, bu siyahıda "Amazon Echo" "ağıllı səsgücləndirici" birinci olmalıdır. O, "ağıllı" bir evin sahəsinin istifadəsində əla bir ilk təcrübə ola bilər. İnsan səsi ilə nəinki işıq yandıra və istilik temperaturunu tənzimləyə bilər, həm də istifadəçinin sevimli musiqi və filmlərini də qoşa bilər. Həm də onun 100 dollar olan qiyməti də çox sevindiricidir.

Sirr deyil ki, əksər müasir kişilər video oyunlarını sevirlər. Bunun üçün də mütəxəssislər onlara "Xbox One Elite Wireless Controller" naqilsiz coystikə sahib olmağı məsləhət görürlər. Qiyməti 150 dollar olan avadanlıq hər bir oyunsevər üçün rahatlıqla sevdiyi oyunlardan həzz almağa imlan verəcək. Əsl kişilər üçün nəzərdə tutulmuş cihazların TOP-7-nə "Logitech Harmony Elite" avadanlığı da daxil olub. Qiyməti 300 dollar olan bu cihaz hər bir "ağıllı" evdə lazımlı mühüm element ola biləcək və bu texnologiya hazırda daha da populyarlaşır. "Harmony Elite" evdəki bütün "ağıllı" elektron cihazlara uzaqdan nəzarət edə biləcək. Siyahıya həmçinin qiyməti 390 dollar olan "Apple Watch Series 3" "ağıllı" saatları da daxil edilib ki, onlar da şübhəsiz olaraq bazarın liderləridir. Onlar tətbiqlərə girişə imkan verir, sağlamlığa nəzarət edir, su keçirmir və eleqant dizayna malikdirlər. Bu saatlar "Apple"in bütün məhsulları kimi yüksək keyfiyyətdə hazırlanıblar.