Görmə qabiliyyətini artıran yeni metod hazırlandı


Digərləri 02 Avq 2018 08:13:00 294 0

Görmə qabiliyyətini artıran yeni metod hazırlandı

Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar. Belə ki, tədqiqatçılar sarıkök piqmentinin (zərdəçal bitkisinin köklərindən əldə edilən sarı-narıncı rəngli maddə) qlaukomanın ilkin mərhələsinin səmərəli müalicəsində zəruri olacağını ehtimal edirlər.

Son.az Trend-ə istinadən bildirir ki, alimlər göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyiblər. Bunun üçün tədqiqatçılar göz damcılarında istifadə olunan surfaktanın tərkibində sarıkök piqmenti olan "nano-daşıyıcı" hazırlayıblar.