Azərbaycan nefti cüzi ucuzlaşıb


Digərləri 02 Avq 2018 08:03:00 242 0

Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,65 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 31-də 74,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel azdır.