Yasamalda gənc qız özünə qəsd etdi


Digərləri 02 Avq 2018 07:33:00 249 0

Yasamalda gənc qız özünə qəsd etdi

Bakıda gənc qız intihara cəhd edib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Bakının Yasamal rayonunda Əsəd Əhmədov küçəsində baş verib.

1994-cü il təvəllüdlü X.A (ad, soyad şərtidir) özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb.

O, ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.