Görmə qabiliyyətini artıran yeni metod hazırlandı


Digərləri 02 Avq 2018 01:15:04 254 0

Görmə qabiliyyətini artıran yeni metod hazırlandı

Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar

Bakı. Britaniyalı alimlər görmə qabiliyyətini artıran yeni metod hazırlayıblar. Belə ki, tədqiqatçılar sarıkök piqmentinin (zərdəçal bitkisinin köklərindən əldə edilən sarı-narıncı rəngli maddə) qlaukomanın ilkin mərhələsinin səmərəli müalicəsində zəruri olacağını ehtimal edirlər. Trend-in məlumatına görə, alimlər göz torunun neyronlarını zədələrdən qoruyan sarıkökün əldə olunmasının yeni metodunu işləyiblər. Bunun üçün tədqiqatçılar göz damcılarında istifadə olunan surfaktanın tərkibində sarıkök piqmenti olan "nano-daşıyıcı" hazırlayıblar.