Azərbaycanda kişini ildırım vuraraq öldürüb VİDEO


Digərləri 01 Avq 2018 23:00:00 275 0

Azərbaycanda kişini ildırım vuraraq öldürüb  VİDEO

Ağstafada 60 yaşlı kişini ildırım vuraraq öldürüb.

Son.az bildirir ki, hadisə səhər saatlarında Ağstafanın Köçəsgər kəndində baş verib. Kənd sakini, 54 yaşlı Yüsif Misirov çöllük ərazidə heyvan otaran zaman onu ildırım vurub.

Şahidlərin sözlərinə görə, hadisə baş verən vaxt havada tutqunluq olmayıb. Anidən şimşək çaxıb və az keçməyib ki, ildırım Yusifi vurub. Mərhumun qardaşı bildirib ki, hadisə baş verən zaman Yusif Misirov açıq ərazidə olub. Üzərində mobil telefon və ya hər hansı bir cihaz da olmayıb.

Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: