Qlobal istiləşmənin səbəbi...


Digərləri 01 Avq 2018 22:55:00 328 0

Qlobal istiləşmənin səbəbi...

Priston Universitetindən (ABŞ) və Maks Plank adına Kimya İnstitutundan (Almaniya) bir qrup alimin gəldiyi nəticəyə görə, son 11 min ildə qlobal istiləşmə Cənub okeanı sularından karbon qazının ayrılması ilə əlaqədardır və insan fəaliyyətinin doğurduğu iqlim dəyişikliyi ilə bağlı deyil. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat "Phys.org" nəşrində yer alıb.

Sonuncu buzlaq dövrü təxminən eramızdan əvvəl 9700-9600-cü illərdə başa çatıb. Bundan sonra buzlaq dövrləri arası holosen dövrü başlanıb. Hesab edilir ki, orta temperaturun ən yüksək həddə (indikindən 1-3 °C çox) çatmış olduğu iqlim optimumu 9-5 min il əvvəlki dövrdə davam edib. Bu tsikl, digər amillərdən başqa, atmosferdə karbon qazının olması ilə şərtlənir ki, bu da öz növbəsində Dünya okeanı və Yerin hava təbəqəsinin qarşılıqlı təsirindən asılıdır.

Alimlər buzlaq dövründən buzlaq dövrləri arasına keçidi parnik qazlarının səviyyəsinin artması ilə əlaqələndirirlər. Lakin bu hadisənin dəqiq səbəbi məlum deyil.