Səkkiz min nəfəri qətl etdik DƏHŞƏTLİ ETİRAF


Dünya 01 Avq 2018 22:04:00 259 0

Səkkiz min nəfəri qətl etdik  DƏHŞƏTLİ ETİRAF

Rusiyanın Soçi şəhərində Astana prosesi çərçivəsində danışıqlar getdiyi bir vaxtda Suriya rəhbərliyi 8 min 32 nəfəri həbsxanada qətlə yetirdiyini etiraf edib.

Son.az xəbər verir ki, Türkiyə, Rusiya və İranın razılığı ilə əsirlərin mübadiləsinin gündəmə gəldiyini görən Dəməşq Haseke, Hələb, Xüms, Deraa, Tartus, İdlib, Lazkiye, Deyr-əz-Zor və Rakkada qeydiyyatda olan 8 min 32 nəfəri "ölü" olaraq göstərib.

Suriyadakı "Zaman əl-Vasıl Haber" portalı rejimin "ölü" siyahısına daxil etdiyi məhbuların adlarının yer aldığı siyahını ələ keçirərək dərc edib. Siyahıda jurnalistlər, alimlər, hərbçilər və ictimai xadimlərin adları da var. Həbsxanalarda işgəncə altında öldürülən vətəndaşların ölüm səbəbi olaraq "infarkt" və ya "infeksiya" göstərilib.