Həkimlərin məsləhətinə baxmadı, doğuşdan sonra öldü VİDEO


Digərləri 01 Avq 2018 21:45:00 287 0

Həkimlərin məsləhətinə baxmadı, doğuşdan sonra öldü  VİDEO

Hacıqabulda ana doğuşdan sonra ölüb.

Son.az bildirir ki, Bakı şəhər sakini, 40 yaşlı Yeganə Kərimova rayondakı doğum evində uşaq dünyaya gətirib. Doğuşdan sonra isə qadının halı pisləşib.

Yeganə Kərimova Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, paytaxtın Suraxanı rayon sakini olan Yeganə Kərimova bir ay əvvəl əvəzetmə kartı ilə Hacıqabulun Meyniman kəndində anasının evində məskunlaşıb. O, hepatit B xəstəsi olub və qaraciyər serrozundan da əziyyət çəkirmiş.

Riskli sayıldığından həkimlər ona hamilə qalmamağı tövsiyə ediblər. Uşaq dünyaya sağlam gəlsə də, məlum xəstəlik qanın laxtalanmasını çətinləşdirib və qanaxmanı saxlamaq mümkün olmayib. Doğulan qız uşağının çəkisi 3,1 kiloqramdır və körpə tam sağlamdır.

Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: