Ərinin gözləri qarşısında 3 uşaq anasını... DƏHŞƏTLİ TƏFƏRRÜAT FOTO


Digərləri 01 Avq 2018 21:54:00 255 0

Ərinin gözləri qarşısında 3 uşaq anasını...  DƏHŞƏTLİ TƏFƏRRÜAT  FOTO

Əfqanıstanla Türkmənistanın sərhəddində İŞİD-in güclü olduğu Cavazcan əyalətinə bağlı Darzab bölgəsindən qaçanları sayı minə çatıb. Artıq bölgədə qadınlara qarşı törədilən cinsi istismarla bağlı da detallar açıqlanır. Ancaq qadınlar günahlandırılacaqlarını düşündüklərindən onlara qarşı törədilə cinayəti danışmaqda tərəddüd edir.Bu da vəziyyətin tam olaraq açıqlanmasını çətinləşdirir.

Son.az İŞİD-in əlindən xilas olan qadınların dəhşət hekayələri təqdim edir.

Yaxın vaxtlarda bu bölgədən qaçan üç uşaq anası Zərifə İŞİD liderinin kəndə gələrək həyat yoldaşından pul istəməsini "Röyters" agentliyinə danışıb:

"Pulumuzun olmadığını, olduğu zaman göndərə biləcəyimizi dedim. Amma qəbul etmədi. Ərimi qoyub onlarla birlikdə getməli və adamlarından biri ilə evlənməli olduğumu dedi. Mən qəbul etməyəndə uşaqlarını o biri otağa apardı. Başıma silah tutdu və məni öldürəcəyini, evimi alacağını dedi. Sonra da mənə edə biləcəyi hər şeyi etdi".

Zərifə hadisədən sonra Darzabdakı evini tərk etmək məcburiyyətində qalıb və Şeberqana sığınıb.

"Kənddə ərimin və qonşularımın üzünə baxa bilməyəcəyimə görə bütün təhlükələrə rəğmən oranı tərk etdim".


Xəbərə aid fotolar