Kinematoqrafçılar İttifaqının İdarə heyəti kino xadimlərinin məzarlarını ziyarət edib (FOTO)


Digərləri 01 Avq 2018 21:32:31 248 0

Kinematoqrafçılar İttifaqının İdarə heyəti kino xadimlərinin məzarlarını ziyarət edib (FOTO)

Milli Kino Günü ilə əlaqədar olaraq bu gün 1-ci və 2-ci Fəxri xiyabanda bir sıra kino xadimlərinin məzarları ziyarət edilib.

Bakı. Sabah ölkəmizdə qeyd ediləcək Milli Kino Günü ilə əlaqədar olaraq bu gün 1-ci və 2-ci Fəxri xiyabanda bir sıra kino xadimlərinin məzarları ziyarət edilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Trend-ə bildirilib ki, qrumun İdarə heyəti görkəmli kino xadimləri Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Muxtar Dadaşov, Hüseyn Seyidzadə, Adil İsgəndərov, Rza Təhmasib, İsmayıl Osmanlı, Leyla Bədirbəyli , Rəşid Behbudov, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov, Nəcibə Məlikova, Barat Şəkinskaya, Məlik Dadaşov, Lütfəli Abdullayev, Ağahüseyn Cavadov, Məmməd Əlili, Həsən Turabov, Şahmar Ələkbərov, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Elbəy Rzaquliyev və digər sənətkarların qəbirlərini ziyarət edib, qəbirüstü abidələrinə tər gül dəstələri düzülüb, dualar oxunub.