Azərbaycan mədəniyyətinin incisi


Kriminal 01 Avq 2018 21:05:00 316 0

Azərbaycan mədəniyyətinin incisi

Milli.Az-ın araşdırmasında

Son.az-ın araşdırmasında

Kinomanlar bu filmi "Mehman" adı ilə tanıyırlar. 1968-ci ildə ekranlara "Qanun naminə" adı ilə çıxan "Azərbaycanin kino incilərindən" rubrikamızın bu dəfəki qəhrəmanı o vaxta qədər yalnız sənədli filmlər rejissoru kimi tanınan Muxtar Dadaşovun (1913-1998) bədii kinoda ilk işi olan Süleyman Rəhimovun (1900-1983) "Mehman" povestinin (1944) motivləri əsasında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş kinolentdir. Azərbaycan SSR-in xalq artisti Muxtar Dadaşov çoxlu sayda tarixi-sənədli filmləri və "Qanun naminə" ekran əsərindən başqa 1974-cü iləd çəkdiyi "Bakıda küləklər əsir" tammetrajlı bədii filmi ilə kino tariximizdə öz izini qoyub.

Həqiqətimizin filmi

Düşünürəm ki, filmin adının məhz "Qanun naminə" olmasında çox böyük qanunauyğunluq naminə qəbul edilmiş qərar sezilir - filmin müəllifləri kino əsərini ədəbi əsər kimi "Mehman" da adlandıra bilərdilər. Amma bu zaman "ən kütləvi sənət növü"nün yeni nümunəsinin qəhrəmanı məhz və yalnız Mehman adlı dürüst, mərd, açıq fikirli bir gənc prokuror olacaqdı. Başqa sözlə, mahiyyət, ideya, hədəf xüsusiləşəcəkdi. "Qanun naminə" söz birləşməsi tamam başqa yükə, ayrı çəkiyə, fərqli təqdimata malikdir - burda baş qəhrəmanı baş qəhrəman edən qanun-qaydadır. Və belə ad tamamilə azərbaycanlısayaqdır. O anlamda ki, bizi qanunpərəst xalqlara aid etmək yumşaq desək, çətindir. Gəlin, bu həqiqətimizi (həqiqəti yox ha, məhz bizim həqiqətimizi) etiraf edək. Belə bir deyim var, deyirlər, qanunu pozmaq olmaz, amma onun yanından keçmək olar. Bizim "uzaqgörənliyimiz", "müdrikliyimiz" hər ikisini etməyə çatır. Və xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povestinin süjetini uzaq və son dərəcə gərgin 1930-cu illərdən ayrı da təhlil etmək mümkündür. Qısası, "Qanun naminə" filmi bədii əsərlə ekran əsəri arasındakı səddi yox edən, geniş oxucu kütləsini geniş tamaşaçı dairəsi ilə əvəz edən az sayda yaradıcılıq nümunələrindəndir. Əsərdə də, filmdə də vətənpərvərliyin qanunpərvərlik olduğunu anladan qat da var, lirik, dramatik qatlar da, triller elementi də...

Bizim Mehman, onların Bimbolatı

Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR-in xalq artisti, Tacikistanın və Şimali-Osetiyanın Dövlət Mükafatları laureatı, Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri (1994-2000) Bimbolat Vatayev (Bibo Vatayev) (1939-2000) Şimali Osetiya-Alaniya Respublikasının Yeni Batako kəndində dünyaya gəlib. Şukin adına Teatr Məktəbini (Y.Lyubimovun kursu -red.) bitirib. 1959-cu ildən Şimali Osetiya Musiqili - Dram Teatrının aktyoru, 1964-65-ci illərdə "Taqanka" teatrının aktyoru olub. 1969-1975-ci illərdə "Tacikfilm" kinostudiyasının aktyoru, bir neçə televiziya filminin rejissoru olub. Kinoda 50-dən artıq obraz yaradıb. "Rüstəm haqqında dastan" trilogiyasındakı roluna görə Panama kinofestivalında "Ən yaxşı kişi roluna görə" nominasiyasının qalibi olub. Dünyasını Vladiqafqazda dəyişib və Şərəf Xiyabanında torpağa tapşırılıb. Vladiqafqazda, Yeni Batako kəndində və Beslanda onun adına küçələr var. 

B.Vatayevlə "Qanun naminə" filmində tərəf-müqabili (Züleyxa obrazı) olmuş Azərbaycanın xalq artisti Flora Kərimova Son.az-ın əməkdaşı ilə söhbətində təəssüflə bildirdi ki, o filmin çəkilişlərindən, konkret olaraq, Bimbolat Vatayevlə bağlı xatirəsində heç nə qalmayıb. F.Kərimova: "Məni o filmə aldadıb çəkmişdilər. Demişdilər ki, epizodik Balış roluna çəkiləcəksən, ona görə razılaşmışdım. Sonra Balış roluna çəkmək üçün Bimbolat öz nişanlısını (K.Sədiyeva-red.) gətirdi. Sonralar mən Bimbolatı bir özbək filmində gördüm, onda bir qədər kökəlmişdi, ona görə yalnız uşaq saflığını andıran təbəssümündən tanıdım. Və ifa etdiyi obrazı necə təbiiliklə canlandırmasına heyran qaldım". 

Daha bir ilk var imiş

Nəhayət, gəlib çatdıq araşdırmamızın özəyinə. Son.az olaraq araşdırıb tapdıq ki, "Qanun naminə" ekran əsəri təkcə Muxtar Dadaşovun bədii kinoda debütü deyilmiş.

Xalq artisti Fərəc Qarayevin "Qanun naminə" filmi ilə bağlı eksklüziv xatirələri:


Xəbərə aid video


Xəbərə aid foto