10 yaşında Maykl Felpsin rekordunu qırdı


İdman 01 Avq 2018 20:10:00 307 0

10 yaşında Maykl Felpsin rekordunu qırdı

ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.

Goal.az xəbər verir ki, yeniyetmə idmançı Kaliforniyada 100 metr məsafəyə batterflay yarışında 1 dəqiqə 09,38 saniyə göstərici ilə 23 illik rekordu yeniləyib. Felps bu yaşda öz rekordunu 1995-ci ildə müəyyənləşdirib – 1 dəqiqə 10,48 saniyə.

Qeyd edək ki, ABŞ idmançısı olan Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub.