Xudatlı qadının evindən narkotik götürülüb


Digərləri 01 Avq 2018 18:51:00 252 0

Xudatlı qadının evindən narkotik götürülüb

Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bakı. Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini T.Sultanovaya məxsus evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə evdən ümumi çəkisi 405 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən hündürlüyü 180 sm olan 1 ədəd çətənə kolu aşkar olunub.