Prezident İlham Əliyev: "Ermənistan sülh istəyirsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır"


Siyasət 01 Avq 2018 18:45:00 74 0

Prezident İlham Əliyev: "Ermənistan sülh istəyirsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır"

"Ermənistan sülh istəyirsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır".

Azərbaycan Prezidenti vurğulayıb ki, işğalçı dövlət indi ağır günlər yaşayır: "İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur.

Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik.

Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.

Biz bunu istəyirik. Ancaq, eyni zamanda, dediyim kimi, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik".

Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib like
  • 01 Avq 18:42  
Digərləri Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib

"Azəriqaz" İstehsalat Birliyi 2018-ci ilin yanvar-iyul ayları ərzi

arrow Ətraflı
Gədəbəydə avtomobil yolunun tikintisinə 11.4 milyon manat ayrıldı like
  • 01 Avq 18:37  
Siyasət Gədəbəydə avtomobil yolunun tikintisinə 11.4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka-Qoşabulaq-Pərizamanlı

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 01 Avq 18:30  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Avqustun 2-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir like
  • 01 Avq 18:25  
Siyasət Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin t

arrow Ətraflı
Manchester United futbolçusunu cəzalandırdı like
  • 01 Avq 18:21  
İdman Manchester United futbolçusunu cəzalandırdı

Manchester United futbolçusu Anton Marsialı 250 min dol

arrow Ətraflı
Prezident İlham Əliyev: "Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq" like
  • 01 Avq 18:21  
Siyasət Prezident İlham Əliyev: "Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq"

"Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq. Beləliklə, maliy

arrow Ətraflı
Gədəbəydə avtomobil yolunun tikintisinə vəsait ayrılıb like
  • 01 Avq 18:20  
Digərləri Gədəbəydə avtomobil yolunun tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizama

arrow Ətraflı
Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir like
  • 01 Avq 18:18  
Digərləri Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin t

arrow Ətraflı
Bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edildi like
  • 01 Avq 18:16  
Siyasət Bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edildi

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların veril

arrow Ətraflı
Prezident İlham Əliyev Yuli Qusmanı “Dostluq”ordeni ilə təltif edib like
  • 01 Avq 18:14  
Siyasət Prezident İlham Əliyev Yuli Qusmanı “Dostluq”ordeni ilə təltif edib

Prezident İlham Əliyev Yuli Qusmanın "Dostluq" ordeni ilə təltif

arrow Ətraflı