Azərbaycan Prezidenti: "Biz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq"


Siyasət 01 Avq 2018 18:33:00 58 0

Azərbaycan Prezidenti: "Biz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq"

"Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanda kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil: "Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.

Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır".

Manatın sabaha MƏZƏNNƏSİ like
  • 01 Avq 18:30  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Avqustun 2-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir like
  • 01 Avq 18:25  
Siyasət Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin t

arrow Ətraflı
Manchester United futbolçusunu cəzalandırdı like
  • 01 Avq 18:21  
İdman Manchester United futbolçusunu cəzalandırdı

Manchester United futbolçusu Anton Marsialı 250 min dol

arrow Ətraflı
Prezident İlham Əliyev: "Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq" like
  • 01 Avq 18:21  
Siyasət Prezident İlham Əliyev: "Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq"

"Gələn il Azərbaycanda sürətli inkişaf ili olacaq. Beləliklə, maliy

arrow Ətraflı
Gədəbəydə avtomobil yolunun tikintisinə vəsait ayrılıb like
  • 01 Avq 18:20  
Digərləri Gədəbəydə avtomobil yolunun tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizama

arrow Ətraflı
Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir like
  • 01 Avq 18:18  
Digərləri Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyev Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin t

arrow Ətraflı
Bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edildi like
  • 01 Avq 18:16  
Siyasət Bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edildi

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların veril

arrow Ətraflı
Prezident İlham Əliyev Yuli Qusmanı “Dostluq”ordeni ilə təltif edib like
  • 01 Avq 18:14  
Siyasət Prezident İlham Əliyev Yuli Qusmanı “Dostluq”ordeni ilə təltif edib

Prezident İlham Əliyev Yuli Qusmanın "Dostluq" ordeni ilə təltif

arrow Ətraflı
Bir neçə kino xadiminə Prezidentin fərdi təqaüdü verilib like
  • 01 Avq 18:13  
Digərləri Bir neçə kino xadiminə Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikas

arrow Ətraflı
Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir like
  • 01 Avq 18:10  
Digərləri Respublika Veteranlar Təşkilatı ADA Universiteti ilə əlaqələrini genişləndirir

ADA Universitetinin rektoru Hafiz Paşayevlə Respublika Veteranlar Təşkilatı

arrow Ətraflı
Bu da xanəndələrin tabutuna çevrilən həmin avtomobil like
  • 01 Avq 18:06  
Digərləri Bu da xanəndələrin tabutuna çevrilən həmin avtomobil

"Televiziya Muğam Müsabiqəsi"nin finalçıları Miryusif Mirizadə

arrow Ətraflı
Bir qrup kino xadiminə fəxri adlar verilib (SİYAHI) like
  • 01 Avq 18:04  
Digərləri Bir qrup kino xadiminə fəxri adlar verilib (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların veril

arrow Ətraflı