Manchester United futbolçusunu cəzalandırdı


İdman 01 Avq 2018 18:21:00 257 0

Manchester United futbolçusunu cəzalandırdı

Manchester United futbolçusu Anton Marsialı 250 min dollar məbləğində cərimələyib.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun komandanın ABŞ-dakı düşərgəsini özbaşına tərk etməsi səbəb olub. Uşağı dünyaya gəldiyi üçün Parisə gedən 22 yaşlı hücumçu baş məşqçi Joze Mourinyonun tələbinə baxmayaraq, 8 gündür ABŞ-a qayıtmayıb.

Qeyd edək ki, Manchester United-in Marsyalla yolları ayıra biləcəyi iddia olunur.