İki ayağı kəsilmiş 7 yaşlı qız model oldu


Digərləri 01 Avq 2018 17:55:00 484 0

İki ayağı kəsilmiş 7 yaşlı qız model oldu

"Həyatımı bədbin yaşamaq niyyətim yoxdur. Atam, anam məni çox sevir, mən də onları. Rəfiqələrim də var. Belədirsə, niyə ruhdan düşməliyəm ki?! Model olmaq istəyirəm".

Bunu balaca Deysi deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 7 yaşlı Deysi Mey Demetrinin ayaqları amputasiya olunub. O, ayağını 18 aylıq olanda itirib. 6 ay əvvəl model karyerasına başlayan "London Fashion Week"də altı ay əvvəl debüt edib.

Hər iki ayağının amputasiyasına, protezlər üzərində yeriməsinə rəğmən Deysi-Mey Demetri həyatını normal yaşadığını deyir.

Hədsiz yaşam enerjisi olan qızcığazda anadangəlmə çanaq hemieliyası vardı. Bu xəstəlik çox nadirdir və sadəcə, hər 40 min uşaqdan birində rast gəlinir.

Deysi hələ anasının bətnində olanda ultrasəs müayinəsi zamanı onun xəstəliyi aşkarlanmışdı. Ayaq sümüklərində fibulalar olduğundan həkimlər Deysinin həyatını xilas etmək üçün amputasiya əməliyyatını gerçəkləşdirmişdilər.


Xəbərə aid fotolar