BTC ilə ixrac olunan xam neftin həcmi açıqlanıb


Digərləri 01 Avq 2018 17:25:00 260 0

BTC ilə ixrac olunan xam neftin həcmi açıqlanıb

2018-ci ilin 1-ci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.

Son.az bildirir ki, BP-dən Trend-ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2018-ci ilin 1-ci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənib.