Bakıda şirkətə basqın edən dəstəyə hökm oxundu


Kriminal 01 Avq 2018 17:04:00 303 0

Bakıda şirkətə basqın edən dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Ailə TV" şirkətinin ofisinə basqın etməkdə təqsirləndirilən Kamil Əliyev, Asib Kambarov, Kamran Süleymanov, Rəşad Əhmədzadə və Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əliyev 11 il, A.Kambarov və K.Süleymanovun hər biri 8 il, R.Əhmədzadə 9 il, O.Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.