Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib


Digərləri 01 Avq 2018 16:50:19 235 0

Bu il 312 çoxmərtəbəli binaya təbii qaz verilib

Həmin binalarda ümumilikdə 17422 ailə yaşayır.

Bakı. “Azəriqaz” İstehsalat Birliyi 2018-ci ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qurumdan Trend-ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 17422 ailə yaşayır.