Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib


Sosial 01 Avq 2018 16:35:10 56 0

Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxs apellyasiya şikayəti verib

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu qeyd edərək bəraət istəyir.

Apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilib.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əkbərov 18 il, Q.Cəbiyev 17 il, Z.Şirinov 16 və A.Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. A.Hüseynov cəzasını başa vurduğu üçün məhkəmə zalından azadlığa buraxılıb.

Unikal körpü inşa edildi like
  • 01 Avq 16:35  
Digərləri Unikal körpü inşa edildi

Vyetnamın şərqində Da Nang şəhərində dəniz səviyyəsindən 1400 metr y

arrow Ətraflı
Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb like
  • 01 Avq 16:28  
Digərləri Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamamlanıb

Gürcüstanda 2-ci kompressor stansiyasının tikintisi üzrə işlər 99% tamam

arrow Ətraflı
Tolik canlı yayımda yıxıbsürüdü: "Nəvəsi yerində qızla..." like
  • 01 Avq 16:24  
Şou-biznes Tolik canlı yayımda yıxıbsürüdü: "Nəvəsi yerində qızla..."

Prodüser Tolik "Hər şey daxil" verilişində bəzi aparıcıların

arrow Ətraflı
Bakıda avtomobillər ucuzlaşıb like
  • 01 Avq 16:19  
Digərləri Bakıda avtomobillər ucuzlaşıb

2018-ci ilin ötən ayında Bakının avtomobil bazarında orta qiymət 27 084 m

arrow Ətraflı
Məşhur aktrisa övladını itirib?  ÖZÜ DANIŞDI like
  • 01 Avq 16:16  
Digərləri Məşhur aktrisa övladını itirib? ÖZÜ DANIŞDI

Bir neçə aylıq hamilə olan aktrisa Sinem Kobalın övladını itirməsi ilə

arrow Ətraflı
Kukesi-nin qapıçısı Bakıya buraxılmadı like
  • 01 Avq 16:11  
İdman Kukesi-nin qapıçısı Bakıya buraxılmadı

Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün

arrow Ətraflı
BTC ilə ixrac olunan xam neftin həcmi açıqlanıb like
  • 01 Avq 16:09  
Digərləri BTC ilə ixrac olunan xam neftin həcmi açıqlanıb

2018-ci ilin 1-ci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 17 milyon

arrow Ətraflı
İki uşaq anası arıqladı, belə dəyişdi like
  • 01 Avq 16:06  
Digərləri İki uşaq anası arıqladı, belə dəyişdi

İki övlad anası, 37 yaşlı Kerri Foster 2014-cü ildə arıqlamağa, izafi

arrow Ətraflı
Ölüləri geyindirib bəzəyirlər  Niyə?  VİDEO  FOTO like
  • 01 Avq 16:01  
Digərləri Ölüləri geyindirib bəzəyirlər Niyə? VİDEO FOTO

Vəfat etmiş şəxsin cəsədinin bəzədilməsi və sonra müxtəlif pozalarda

arrow Ətraflı
Əfqanıstanda BMTnin əməkdaşı həlak oldu like
  • 01 Avq 15:56  
Dünya Əfqanıstanda BMTnin əməkdaşı həlak oldu

Əfqanıstanda ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanl

arrow Ətraflı
İlin birinci yarısında AÇG-dən ümumi hasilat 15 milyon ton olub like
  • 01 Avq 15:53  
Digərləri İlin birinci yarısında AÇG-dən ümumi hasilat 15 milyon ton olub

2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyo

arrow Ətraflı
“Polislər təqib etdi, qardaşım qəzaya düşdü”  FOTO like
  • 01 Avq 15:51  
Digərləri “Polislər təqib etdi, qardaşım qəzaya düşdü” FOTO

Şirvan şəhərində bir ailənin üzvlərinin içində olduğu maşının qəz

arrow Ətraflı
Terrorçular "Nou Kamp"ı partlatmağı planlaşdırıblar like
  • 01 Avq 15:50  
İdman Terrorçular "Nou Kamp"ı partlatmağı planlaşdırıblar

Ötən il avqustun 17-də Barcelona şəhərində törədilən terrorun

arrow Ətraflı