Unikal körpü inşa edildi


Digərləri 01 Avq 2018 16:35:00 278 0

Unikal körpü inşa edildi

Vyetnamın şərqində Da Nang şəhərində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yeni körpü istifadəyə verilib.

Son.az xəbər verir ki, yeni açılmasına baxmayaraq körpü böyük marağa səbəb olub. Sosial şəbəkələrdə körpünün şəkillərinin yayılmasından sonra bura gələn turistlərin sayı durmadan artır.

Təqribən 150 metr uzunluğunda olan və "The Gold Bridge" adlanan körpü 1 il ərzində tikilib. Metal konstruksiya üzərində tikilən körpünün dayaqları yoxdur və onları daşdan düzəldilmiş iki nəhəng əl əvəzləyir.


Xəbərə aid fotolar