Küveyt Elektron Media Birliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir FOTO


Digərləri 01 Avq 2018 15:41:00 340 0

Küveyt Elektron Media Birliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir  FOTO

Küveyt Elektron Media Birliyi Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə əməkdaşlıq əlaqələri qurmaq istəyir.

Son.az xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyinin İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında avqustun 1-də keçirilən görüşdə bu barədə müzakirələr aparılıb.

Görüşdə qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq tədbirlərdə Nobel mükafatçıları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar fəal iştirak edirlər. Diqqətə çatdırılıb ki, hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) sədridir.

AZƏRTAC-ın İdarə Heyətinin sədri dost ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.


Xəbərə aid fotolar