Ağcabədidə 400 hektara yaxın qarğıdalı sahəsində təhlükəli alaq otu yayılıb (FOTO)


Digərləri 01 Avq 2018 15:34:00 293 0

Ağcabədidə 400 hektara yaxın qarğıdalı sahəsində təhlükəli alaq otu yayılıb (FOTO)

Ağcabədi rayon ərazisində karantin tətbiq edilən alaq otu olan tikanlı quşüzümünə qarşı fitosanitar müşahidə işləri və kimyəvi mübarizə tədbirləri aparılır.

Bakı. Ağcabədi rayon ərazisində karantin tətbiq edilən alaq otu olan tikanlı quşüzümünə qarşı fitosanitar müşahidə işləri və kimyəvi mübarizə tədbirləri aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, Ağcabədi Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən 3600 hektar sahədə fitosanitar müşahidə aparılıb və 378 hektar sahənin tikanlı quşüzümü ilə sirayətləndiyi müəyyən edilib. May ayının ikinci ongünlüyündə başlayan və hazırda davam edən mübarizə tədbirləri nəticəsində 133 hektar sahədə təmizləmə işləri həyata keçirilib və alaq otu mexaniki üsulla yığılaraq sahədən kənarda yandırılıb. Mexaniki mübarizə tədbirləri hazırda pambıq sahələrində, yol kənarlarında, küçələrdə, tikinti binalarının və Müdafiə Nazirliyinin hərbi hissələrinə yaxın ərazilərdə, eyni zamanda Qarqar çayının sahilində yerləşən Muğanlı, Minəxorlu, Kəhrizli, Sarvanlar kəndləri və Hindarx qəsəbəsi ətrafında davam etdirilir.