"DAİMin yaradılmasının bir sıra üstünlükləri var" Anar Hüseynov


Digərləri 01 Avq 2018 15:27:00 337 0

"DAİMin yaradılmasının bir sıra üstünlükləri var"  Anar Hüseynov

"Azərbaycanda aqrar islahatların yeni mərhələsi başladığını söyləmək olar".

Azərbaycanda aqrar islahatların yeni mərhələsi başladığını söyləmək olar.

Son.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərlə bağlı imzaladığı Fərmana münasibət bildirib.

Onun sözlərinə görə, aqrar sahənin inkişafı məqsədilə yaradılan yeni mərkəzlər bir sıra üstünlüklər yaradır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə həyata keçirdiyi aqrar islahatlar çərçivəsində növbəti Fərman imzalayıb. Bununla da Azərbaycanda aqrar islahatların yeni mərhələsi başladığını söyləmək olar. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparır.