Malkom Barcelona-da debüt etdi


İdman 01 Avq 2018 15:02:00 327 0

Malkom Barcelona-da debüt etdi

Barcelona–nın yeni futbolçusu Malkom Kataloniya klubunda ilk qolunu vurub.

Goal. az xəbər verir ki, braziliyalı futbolçu İnternational Champions Cup turniri çərçivəsində Roma ilə keçirilən oyunda fərqlənib. 21 yaşlı Malkom Roma-nın 4:2 hesabı ilə qalib gəldiyi matçın 49-cu dəqiqəsində debüt edib.

Xatırladaq ki, Malkom bu yay Bordeaux klubundan Roma-ya keçməyə yaxın idi. Barcelona bu futbolçunu son anda Roma-nın əlindən almışdı.