Məşhur futbolçunu transfer etmək üçün azarkeşlərə üz tutdular


İdman 01 Avq 2018 14:37:00 292 0

Məşhur futbolçunu transfer etmək üçün azarkeşlərə üz tutdular

Fransanın Nimes klubu Türkiyə təmsilçisi Konyaspor-un futbolçusu Samuel Eto`Onu transfer etmək üçün azarkeşlərə müraciət edib.

Goal.az klubun “Twitter” səhifəsinə istinadən xəbər verir ki, yeni mövsümdə Liqa 1-də mübarizə aparacaq Nimes 37 yaşlı kamerunlu hücumçunun alınmasından ötrü tərəfdarlından maddi yardım istəyib. Eto`Onun transfer dəyərinin 1 milyon avro olduğu söylənilir.

Nimes klubunun müraciətinə forvardın özü də reaksiya verib. O, “Twitter” hesabında yumorla bu cür yazıb: “Mən də iştirak edə bilərəm?”