22 yaşlı qızın aksiyası nəticə vermədi:


Digərləri 01 Avq 2018 13:52:00 230 0

22 yaşlı qızın aksiyası nəticə vermədi:

İsveçin Höteborq Universitetinin tələbəsi Elin Ersson ölkədən deportasiya təhlükəsi ilə qarşılaşmış Əfqanıstan vətəndaşını müdafiə etmişdi.

Son.az The Guardian-a istinadən bildirir ki, 22 yaşlı tələbə qız 52 yaşlı əfqanın vətəninə deportasiya üçün oturdulduğu təyyarəyə minmişdi. "Əfqanıstanda onu öldürə bilərlər!" deyən Elin miqrantın deportasiyasının qarşısını almağa çalışırdı. O, baş verənləri Facebook-dakı səhifəsində birbaşa translyasiya edirdi.

Sonucda miqrant və Ersson təyyarədən düşürülmüşdülər.

İndisə bəlli olub ki, İsveçdə vətəndaşa hücum etməkdə və qatı xuliqanlıqda suçlanan 52 yaşlı əfqan miqrant polis idarəsinə aparılıb.


Xəbərə aid fotolar