Elman Rüstəmov: "Azərbaycanın reytinqlərin yaxşılaşdırılması üçün potensialı var"


Digərləri 01 Avq 2018 13:45:00 318 0

Elman Rüstəmov: "Azərbaycanın reytinqlərin yaxşılaşdırılması üçün potensialı var"

Azərbaycan beynəlxalq reytinqlərin artırılması üzərində işini davam etdirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

O deyib: "Biz hesab edirik ki, beynəlxalq reytinq agentlikləri ölkənin milli iqtisadiyyatındakı vəziyyəti tam düzgün və obyektiv qiymətləndirmir. Amma digər tərəfdən, demək istəyirəm ki, bu reytinqlərdə irəliləmək üçün bizim potensialımız var və biz ondan istifadə etməliyik".