Axtarışda olan şəxs narkotik vasitə ilə yaxalandı


Digərləri 01 Avq 2018 11:51:37 211 0

Axtarışda olan şəxs narkotik vasitə ilə yaxalandı

Daxili İşlər Nazirliyi (DİN) müxtəlif yerlərdən narkotik və silah aşkar edilərək götürülməsi barədə məlumat yayıb.

Bakı. Daxili İşlər Nazirliyi (DİN) müxtəlif yerlərdən narkotik və silah aşkar edilərək götürülməsi barədə məlumat yayıb. DİN-dən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Əliyevdən və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tələt Əliyevdən metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə S.Əliyevin evindən narkotik vasitə olan heroin və marixuana da aşkar edilərək götürülüb. Araşdırmalar zamanı S.Əliyevin Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq T.Əliyevin idarə etdiyi “Lada-Priora” markalı avtomobildən 1 ədəd pnevmatik tüfəng, 1 ədəd bıçaq və pnevmatik tüfəngə aid patron, habelə onun tanışı, Şuşa şəhər sakini Eynulla Mustafazadənin idarə etdiyi “Range-Rover” markalı avtomobildən 1 ədəd qaz tapançası, 4 ədəd dəyənək və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.