Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunlar baş tutacaq


İdman 01 Avq 2018 11:48:00 289 0

Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunlar baş tutacaq

Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı isə səfərdə Danimarka "Mityulland"i ilə münasibətlərə aydınlıq gətirəcək. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv evdə rəqibini 2:1 hesabı ilə üstələyib.

Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək. Goal.az xəbər verir ki, ikinci oyun günündə 9 qarşılaşma baş tutacaq. Azərbaycan çempionu "Qarabağ"la yanaşı, potensial rəqibləri də üz-üzə gələcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti mərhələyə yüksələcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqası II təsnifat mərhələsi

Cavab oyunları

1 avqust

20: 00 HİK (Finlandiya) - BATE (Belarus)

İlk oyun - 0:0

21:00 "Mityulland" (Danimarka) -"Astana" (Qazaxıstan)

İlk oyun - 1:2

21:00 "Qarabağ" (Azərbaycan) - "Kukesi" (Albaniya)

İlk oyun - 0:0

21:15 "Malmö" (İsveç) - ÇFR (Kluj, Rumıniya)

İlk oyun - 1:0

21:30. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)

İlk oyun - 0:3

22:00. "Bazel" (İsveçrə) - PAOK (Yunanıstan)

İlk oyun - 1:2

22:00. "Videoton" (Macarıstan) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:0

22:30. "Şturm" (Qrats, Avstriya) - "Ayaks" (Hollandiya)

İlk oyun: 0:2

22:45. "Rusenborq" (Norveç) - "Seltik" (Şotlandiya)

İlk oyun: 1:3