Təyyarə yerə düşüb yandı:


Digərləri 01 Avq 2018 10:57:56 254 0

Təyyarə yerə düşüb yandı:

Meksikanın "Aeromexico" aviaşirkətinin Duranqo-Mexiko reysi ilə uçan Embraer-190 sərnişin təyyarəsinin qəzası ilə bağlı təfərrüatlar bəlli olub.

Son.az CBS-ə istinadən bildirir ki, 2431 reysi ilə uçan təyyarə Duranqo hava limanından 10 km aralıda məcburi eniş etməli olub. Səbəb çox güclü dolunun olması idi.

4 heyət üzvü və 97 sərnişin arasında həlak orlanlar yoxdur. Lakin 85 nəfər müxtəlif travma və xəsarətlər alıb. 2 sərnişin hospitala aparılıb. Onların vəziyyəti kritikdir.

Pilot təyyarəni havaya qaldırandan sonra anlayıb ki, güclü dolu yağdığından layner uça bilməyəcək. O, Embraer-190-i endirib. Lakin artıq gec idi və təyyarə beynəlxalq hava limanının eniş-uçuş zolağından çıxaraq kolluğa enib.

Təyyarə enən kimi alışıb yanmağa başlayıb. Yanğınsöndürənlər alovları söndürüblər.


Xəbərə aid video


Xəbərə aid fotolar