Qobustanda gəlin ərini döyüb qayınanasını baltaladı


Digərləri 01 Avq 2018 10:42:00 192 0

Qobustanda gəlin ərini döyüb qayınanasını baltaladı

Qobustan rayonunda gəlin həyat yoldaşı və qayınanasına xəsarət yetirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.