Deputat: Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir


Digərləri 01 Avq 2018 10:33:12 179 0

Deputat: Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsi Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün nə qədər vacib olduğunu göstərir.

Bakı. Elçin Mehdiyev - İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Trampın TAP layihəsinə dəstək nümayiş etdirməsi Azərbaycanın həyata keçirdiyi layihələrin dünya üçün nə qədər vacib olduğunu göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, bu, eyni zamanda Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir: “Azərbaycan artıq dünyada etibarlı və strateji bir tərəfdaşa çevrilib, Azərbaycanın həyata keçirdiyi iri layihələr dünya ölkələri tərəfindən dəstəklənir və getdikcə bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı artır. Dünya liderlərinin görüşlərində TAP-ın gündəm olması Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasətinin, diplomatik səylərinin, siyasi qətiyyətinin, eləcə də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi istiqamətində böyük fəaliyyətinin nəticəsidir”. Deputat vurğulayıb ki, digər iri layihələr kimi TAP layihəsi də siyasi dividendlərlə yanaşı, ölkə iqtisadiyyatına dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir, Azərbaycan bu layihədən həm ixracatçı ölkə, həm də tranzit ölkə kimi böyük gəlirlər götürəcək. A.Hüseynovun sözlərinə görə, Azərbaycan artıq Avropanın təbii qaz təchizatında çox etibarlı bir ölkəyə çevrilməkdədir: “Bu həm də ölkəyə gələcəkdə böyük investisiyaların yatırılması deməkdir. Yəni bu layihədə bir çox ölkələr, eyni zamanda, transmilli şirkətlər iştirak edirlər. Həmin şirkətlərin təkcə neft-qaz sənayesinə deyil, eləcə də ölkəmizdə digər sahələrə də böyük yatırımlar edəcəyi reallığa çevrilməkdədir”. Deputat qeyd edib ki, bu layihə, həmçinin Azərbaycanla idxalçı ölkələr arasında iqtisadi, ticari, mədəni əlaqələri daha da genişləndirəcək: "Bu layihə Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Bu, həm də o deməkdir ki, Azərbaycan regionda böyük güc mərkəzinə çevrilir, eləcə də Avrasiya məkanında logistik və nəqliyyat qovşağıdır”. TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin