Qubada sex sahibi cərimələndi FOTO


Digərləri 01 Avq 2018 10:09:00 244 0

Qubada sex sahibi cərimələndi  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 6 kubmetr həcmində fıstıq və vələs cinsli meşə materialı aşkar edilib.


Xəbərə aid fotolar