Məşhur reperi canlı yayımda GÜLLƏLƏDİLƏR


Dünya 01 Avq 2018 09:57:00 282 0

Məşhur reperi canlı yayımda GÜLLƏLƏDİLƏR

ABŞ-lı dünyaca məşhur reper "Project Youngin" avtomobilində canlı yayım edərkən silahlı hücuma məruz qalıb.

Qeyd edək ki, iyun ayında məşhur reper XXXTentacionun öldürülməsi dünyada şok effekti yaratmışdı. "XXXTentacion" təxəllüsü ilə tanınan Jahseh Dwayne Onfroy avtomobilində döyüldükdən sonra silahla vurularaq öldürülüb. Xəstəxanaya yerləşdirilən reperin həyatını xilas etmək mümkün olmamışdı.

BİR AY İÇİNDƏ İKİNCİ EYNİ HADİSƏ

Yaşanan bu olay hələ unudulmamışkən "Project Youngin"təxəllüsü ilə tanınan reper Rasheed Jamaal Hall eyni ilə XXXTentacion kim avtomobilindəykən silahlı hücuma məruz qalıb.

Florida şatatında yaşanan olayda 25 yaşlı reper yaxın zamanda çıxaracağı albom ilə bağlı Instagram-dan canlı yayım edib. Bir anda gələn silah səslərindən sonra reper telefonu əlindən yerə salıb. Ard-arda açılan atəşdən sonra məşhur reperin ağır yaralı olduğunu təxmin edilir.


Xəbərə aid fotolar