III təsnifat mərhələsinə adlayan 3 komanda məlumdur


İdman 01 Avq 2018 09:50:00 261 0

III təsnifat mərhələsinə adlayan 3 komanda məlumdur

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri start götürüb. Goal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Səfərdə rəqibinə 1:0 hesabı ilə məğlub olan Moldova "Şerif"i evdə Makedoniya "Şkendiya"sını sınağa çəkib. Görüş qolsuz yekunlaşıb. Bununla da "Şkendiya" mərhələ adlayıb.

İlk matçda səfərdə Albaniya "Kukesi"i ilə qolsuz heç-heçə edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa avqustun 1-i çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, II təsnifat mərhələsi

Cavab oyunları

31 iyul

21:00. "Şerif" (Moldova) - "Şkendiya" (Makedoniya) - 0:0

İlk oyun - 0:1

21:00. "Hapoel" (Beer-Şeva, İsrail) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:2

Qollar: Con Oqu, 14. Petar Stoyanoviç, 34 (öz qapısına) - Mario Budimir, 49. İzet Hayroviç, 54

İlk oyun - 0:5

22:30. "Spartak" (Trnava, Slovakiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: İnyaki Astis, 63

İlk oyun - 2:0