Qubada sex sahibi cərimələndi


Digərləri 01 Avq 2018 09:28:00 332 0

Qubada sex sahibi cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Quba rayonu Tülər kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 6 kubmetr həcmində fıstıq və vələs cinsli meşə materialı aşkar edilib.