Əməliyyat olunan "Toppuş bacı"dan xəbər var


Şou-biznes 01 Avq 2018 09:06:00 236 0

Əməliyyat olunan "Toppuş bacı"dan xəbər var

"Xəstəlik uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb"

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əməliyyat olunub.

Son.az axşam.az-a istinadən bildirir ki, əməliyyatdan sağ-salamat çıxan aktrisa reanimasiyadadır.

Bu barədə şairə Nazilə Səfərli məlumat verib. O bildirib ki, əməliyyat uğurla keçib:

"İndi həkimindən soruşdum, dedi, reanimasiyadadır. Əməliyyat yaxşı keçib. Panikaya gərək yoxdur. Sabah görüşünə icazə aldım".