Meksikada baş verən təyyarə qəzasının səbəbi açıqlandı


Dünya 01 Avq 2018 09:13:03 260 0

Meksikada baş verən təyyarə qəzasının səbəbi açıqlandı

Meksikada Duranqo şəhərinin aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə güclü küləyə məruz qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Duranqo ştatının qubernatoru Xose Rosasa Aispuro mətbuat konfransı zamanı bildirib.

"Havaya qalxarkən təyyarə gözlənilmədən güclü küləyin təsirinə məruz qalıb, buna görə də ani olaraq endi və sol qanadı ilə yerə dəydi", - Aispuro bildirib.