Uşaq dünyaya gətirən ana ölüb


Digərləri 01 Avq 2018 08:52:00 312 0

Uşaq dünyaya gətirən ana ölüb

Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib. Son.az APA-ya istinadən bildirir ki, Bakı sakini 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib. Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.