Oğuz sakininin yaşadığı mənzili partlatmaq cəhdinin qarşısı alınıb


Kriminal 01 Avq 2018 08:29:00 518 0

Oğuz sakininin yaşadığı mənzili partlatmaq cəhdinin qarşısı alınıb

Oğuz şəhər sakini yaşadığı mənzili partlatmaq istəyib.

Son.az APA-ya istinadən bildirir ki, iyulun 31-i axşam saat 21 radələrində Oğuz şəhəri avtovağzal yaxınlığında yaşayış binalarının birində yaşayan 1990-cı il təvəllüdlü Aslan Məhyəddin oğlu Kərimov yaşadığı mənzildə təbii qazı açaraq mənzili partlatmaq niyyətində olduğunu bildirib. Hadisədən xəbər tutan Aslan Kərimovun anası Oğuz rayon Polis Şöbəsinə müraciət edib. Hadisə yerinə cəlb edilən Oğuz RPŞ-nin əməkdaşlarının apardıqları tədbir nəticəsində yaşadığı mənzili təbii qazla partlatmaq istəyən Aslan Kərimovu fikrindən yayındıra biliblər. Aslan Kərimov Oğuz RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı mənzildən xaric edilib.

Son illər əsəb xəstəliyindən əziyyət çəkən Aslan Kərimov müayinə və müalicəsini davam etdirmək üçün Şəki Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə göndəriləcək.